t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

Arif Əsədov: "Araza daxilən yaxın olan məşqçi onun potensialını aça bilər"

  • Yazan:  
  • Tarix:  2.1.2017
  • Oxunma:  1621
 Arif Əsədov: "Araza daxilən yaxın olan məşqçi onun potensialını aça bilər" "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun Sportlife.Az-a müsahibəsi

- Araz Abdullayev "Qəbələ"yə transfer olundu...
- Futbolçunu daimi bir yerdə saxlamaq imkanı həmişə alınmır. Bir gün bir klubda, gələn dəfə başqasında oynaya bilər. Araz "Neftçi"nin yetirməsidi və onun "Qəbələ"yə transfer olunması biraz qəribə görsənə bilər. Amma son zamanlar onun azarkeşlərlə münasibəti korlanmışdı, istədiyi oyunu göstərə bilmirdi. Bu səbəbdən də komandanı tərk etdiyini düşünürəm. Araz hər baş məşqçinin istədiyi bir futbolçudu. "Qəbələ" üçün xeyirli olacaq.

- Roman Qriqorçuk onunla dil tapmağı bacara biləcəkmi?
- Bilirsiniz, Araz göründüyü kimi biri deyil. Futbolçu var xarici görüşüncə çox yaxşı təsir bağışlayır, amma daxili çirkabdı. Lakin Arazın ürəyi təmizdi. Mən əvəzedicidə işləyəndə də o, mənim sərəncamımda idi. Arazı və başqa 7-8 futbolçunu da mən əsas heyətə gətirmişəm. Sonuncu dəfə "Neftçi"də işləyəndə də cəzalandırmışdım. Çünki həmin an günahı var idi və bunu anladı. Araza daxilən yaxın olan məşqi onun potensialını aça bilər. "Qəbələ"də necə olacağını zaman göstərəcək.

- "Neftçi"nin digər əsas üzvü Elşən Abdullayev də "Qarabağ"a keçdi...
- O da komandaya lazımlı futbolçu idi. "Qarabağ" 2014-dən Elşəni istəyirdi. O vaxt ailəsi ilə danışaraq komandada saxlaya bilmişdim. İndi müqaviləsi bitdi və "Qarabağ"a keçdi. Əsas heyyətə düşmək üçün çox çalışmalıdı.

- Namiq Ələsgərovun "Flaqman"a xeyir olacaqmı?
- O, hər yerdə özünü göstərməyi bacaran biridi. Hara gedirsə, liderə çevrilməyi bacarır. "Bakı"da, "Qarabağ"da, ötən mövsüm "Kəpəz"də möhtəşəm çıxış etdi. Prosineçkinin sevdiyi futbolçulardan biri və ya birincisidi. "Neftçi"yə xeyiri dəyəcəyini düşünürəm.

Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014