t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

Qaranın ilk müəllimi: "Mersedes" və 5 min dollar söhbəti yalandır"

  • Yazan:  
  • Tarix:  3.1.2017
  • Oxunma:  3215
Qaranın ilk müəllimi: "Mersedes" və 5 min dollar söhbəti yalandır" Mətbuatda "Qarabağ"ın üzvü Qara Qarayevin ilk futbol müəllimi Elnur Zeynalov "Mersedes" markalı maşın və 5 min dollar pul bağışladığı haqda xəbərlər dolaşır. Buna səbəb Elnur müəllimin uşaq olarkən imkansızlıq səbəbindən futbolu buraxmaq istəyən Qaranın xərclərini ödəməsi olduğu bildirilir.

Hazırda "Vətən"də çalışan Elnur Zeynalovla əlaqə saxladıq. Onunla Qara ilə bağlı xatirələrdən, futbolçunun ona hədiyyə bağışlamasından danışdıq:

"Arzu edirəm ki, Qara xaricə getsin. Burada ən yaxşı olmaqla kifayətlənməsin. Hələ gəncdir. O, istəlinən Avropa ölkəsində top qova bilər".

- Mətbuatda yayılan məlumatlara görə, maliyyə problemi olan Qaranın futbol məktəbinə verməli olduğu pulu siz ödəmisiniz...
- Onun ilk futbol müəllimi mənəm. Əslində məsələ biraz fərqli olub. Qara maliyyə səbəblərindən futbola davam edə bilməyəcəyini bildirdi. Mən də məktəb rəhbərliyindən rica elədim ki, onu ödənişdən azad etsinlər. Onlar da sağ olsunlar bu istəyimi nəzərə aldılar. Biz müsəlmanıq. Həmişə kömək əliyimizi uzatmalıyıq. Əgər məktəb ödənişi tələb etsəydi, həmin pulu öz cibimdən ödəyəcəkdim. Çünki Qara çox istedadlı biri idi və buna layiq idi.

- İllər sonra O da bunun qarşılığında sizə "Mersedes" markalı maşın və 5 min dollar pul hədiyyə etdi?
- Qara ilə yaxşı münasibətimiz var. Onunla dost kimiyik. Həmişə öz dəstəyini əsirgəməyib. Lakin "Mersedes" və 5 min dollar söhbəti yalandır. İlk dəfədir sizdən eşidirəm. Öz maşınım var, amma Qara almayıb.

- Qara uşaq olanda necə xarakterə sahib idi?
- Ümumiyyətlə, 13 il qabaq yanvar ayında onunla tanış olmuşuq. Qaranın məhlə uşağı Ramin Həsənzadə məhlələrində istedadlı uşaq olduğunu bildirdi. Dedim ki, gəlsin. Belə deyim indiki Qara ilə 2004-dəki arasında heç bir fərq yoxdur. Çox tərbiyyəli, istiqanlı, bir uşaq idi. Öz məqsədinə çatan, arzuları reallaşdıran biridir. Dünya futbolunda istedadlı futbolçular çoxdur. Messi, Maradona və başqaları buna nümunədir. Amma biri də var çalışqan və ən yaxşı olmağa can atan. Qarada bu xüsusiyyət var idi. Onu ən güclü edən də elə bu idi.

-13 il qabaq düşünürdünüzmü O, gələcəkdə Azərbaycanın ən yaxşı futbolçularından olacaq?-
-Güclü və istedadlı futbolçular çoxdur. Eləsi var ki, çox prespektevli olur və düşünürsən ki, gələcəkdə ən yaxşı olacaq, amma 16-18 yaşında itib-batır. Lakin Qara həmin uşaqlardan fərqli idi. Şükür ki, o, öz bacarığını daim çalışaraq artırdı və indi ölkənin ən yaxşılarından biridir.

- Qaraya müəllim kimi nə arzulayardınız?
- İnsan qazandığı ilə kifayətlənməməlidir. Daim yeni arzulara, nailiyyətlərə can atmalıdır. Arzu edirəm ki, Qara xaricə getsin. Burada ən yaxşı olmaqla kifayətlənməsin. Hələ gəncdir. O, istəlinən Avropa ölkəsində top qova bilər.

- Hazırda "Vətən"in U-16 komandasında çalışırsınız. Gələcəkdə Azərbaycanın ən yaxşılarından olacaq dediyiniz futbolçular varmı komandanızda?
- Bundan əvvəl AZAL-ın əvəzedici komandasında çalışırdım. Daha sonra "Vətən"ə gəldim. Ölkəmizdə istedadlılar çoxdu. AZAL-da Əsgər Hüseynov, İsmayıl İbrahimli var idi. Çox yaxşı futbolçulardır. İkisi də U-19 yığmasına dəvət olundular. İndi hazırda "Qarabağ"da oynayırlar. Hacıyev Ruslan var. O da mənim yetirməmdir. Hazırda "Qarabağ"da çıxış edir və gələcək vəd edən futbolçudur. "Vətən"də də öz mövqelərinə uyğun olaraq güclü futbolçular var. Sadəcə hər biri öz üzərlərində çox işləməli və inamlı olmalıdırlar. O zaman hər şey istədikləri kimi olacaq.

Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014