t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

"Kəpəz"in kamerunlu futbolçusu Bakıda ölən yerliləri haqda danışdı - MÜSAHİBƏ

  • Yazan:  
  • Tarix:  4.1.2017
  • Oxunma:  1693
"Kəpəz"in kamerunlu futbolçusu Bakıda ölən yerliləri haqda danışdı - MÜSAHİBƏ "Kəpəz"in hücumçusu Julien Ebahın Sportlife.Az-a müsahibəsi

- Yeni il tətilin necə keçir?
- Hazırda Kamerondayam. Ailəmlə birgə istirahət edirəm. Çəki artımı olmasın deyə xüsusi rejim tətbiq etmişəm. Çempionatın III dövrəsinə hazır vəziyyətdə başlamaq istəyirəm.

- Bir çox komandalar təlim-məşq toplanışı üçün Antalyaya üz tutacaq. Siz isə Yevlaxa. Bu, komandanın çıxışına təsir etməyəcək?
- Düşünürəm ki, yox. Çünki keçən il də eyni hal baş vermişdi, amma ikinci dövrədə gözəl oyun sərgiləmişdik. Əsas komandanın bir yerə toplaşıb məşq etməyidir.

- 14 oyuna 15 xal yığıb 6-cı pillədə qərarlaşmısınız. Səncə, bu qənəatbəxş nəticədir?
- Əlbəttə yox. Bizim hədəflərimiz var. Onlara nail olmaq üçün daha yaxşı oyun sərgiləməli və xallar qazanmalıyıq. Qış fasiləsindən sonra daha güclü olacağıq və layiq olduğumuz pillədə qərarlaşacağıq.

- Hələ də komandanı gücləndirə biləcək transfer edilməyib...
- Bu haqda heçnə bilmirəm. Ümid edirəm ki, rəhbərlik klub üçün ən doğrusuna qərar verəcək. Bizim çox yaxşı komandamız var.

- Düşünmürsən ki, komandanın hücum xəttində problem var?
- Hələ də vaxtımız var. Bu problemi həll etmək olar.

-Qış fasiləsindən sonra hədəfləriniz nədir?
- Əsas məqsədimiz daha da irəliləmək olacaq. Biz Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Ötən ilki naliyyətimizi təkrarlamaq və azarkeşlərimizi sevindirmək istəyirik.

- Bir neçə gün öncə Bakıda 4 Kamerun vətəndaşı qaz sızması nəticəsində dünyalarını dəyişib. Onlardan 3-ü futbolçudur və Həvəskarlar liqasında çıxış edən komandanın üzvləri idilər. Tanıyırdınmı həmin şəxsləri?
- Bu barədə yerli qəzətlərdən oxudum. Tanrı hamısının günahlarını əfv etsin. Amma bu, həyatın qanunudur. Bugün yaşayırsansa, sabah ölə bilərsən. Yaxından tanışlığım yox idi, amma bilirdim ki, Bakıda qalan belə futbolçular var.

Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014