t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

Oyun alğı-satqısında şübhəli bilinən futbolçu: "Deyirlər ki, hansı əsasla hakimə etiraz etmisən?" - MÜSAHİBƏ

  • Yazan:  
  • Tarix:  4.1.2017
  • Oxunma:  744
Oyun alğı-satqısında şübhəli bilinən futbolçu: "Deyirlər ki, hansı əsasla hakimə etiraz etmisən?" MÜSAHİBƏ AFFA UEFA-nın tələbi ilə müəyyən sayda futbolçuları ölkə daxili yarışlardan uzaqlaşdırmışdı. Siyahıda olanlar arasında "Rəvan"ın əvvəlcə 7 futbolçusu olsa da, sonradan federasiya komandanın 5 üzvünün günahsız olduğunu açıqlamışdı. Azərbaycan futbolunda ad-sanı olan Cəmşid Məhərrəmov yenə də şübhəli bilinlərin arasında idi. Həmin vaxt futbolçu ilə əlaqə saxladıqda yeni ilə kimi hər şeyin bəlli olacağını bildirmişdi. Bu səbəbdən də yenidən Cəmşid Məhərrəmovla əlaqə yaratdıq. Onunla məsələ ilə bağlı yaradılan komitənin iş prosesindən, nəyə görə günahkar hesab edilməyindən danışdıq:


"Məni elə şeyə görə günahkar bilirlər ki, balaca uşaq da eşitsə, gülər. Vallah adam dəhşətə gəlir. Soruşuram ki, nə edim indi? Məhkəməyə gedim?"

- Cəmşid, yeni il də gəldi, amma sənin məsələnlə bağlı AFFA-dan bir xəbər çıxmadı...
- Hələ ki, heçnə yoxdur. Keçən dəfə görüşə getmişdim. Məni elə şeyə görə günahkar bilirlər ki, balaca uşaq da eşitsə, gülər. Vallah adam dəhşətə gəlir. Soruşuram ki, nə edim indi? Məhkəməyə gedim? Deyirlər ki, hələ biraz da gözlə. Ona görə də hələ ki, səbir edirəm.

- Səni nədə günahlandırırlar?
- Çox gülməli fakta əsaslanırlar. Oyunda hakimə etiraz eləmişəm. Buna görə kimisə oyun alğı-satqısında günahlandırarlar? Adamı belə gülməli şəkildə ləkələyərlər? Hamı bilir ki, mənim bütün hakimlərlə aram yaxşıdır. Bunu hamısından soruşa bilərsiniz. Bu, o deməkdir ki, oyun alıb-satıram? Öz komandasının xeyrinə etiraz etməyə görə adamı günahlandırarlar? Soruşuram ki, qəsdən hansı səhvlər etmişəm ki, adım siyahıdadır? Deyirlər ki, hansı əsasla hakimə etiraz etmisən? Belə şey olar? Çox maraqlı haldır və heçnədən baş aça bilmirəm.

- Hansı oyunda, hansı hakimə etiraz eləmisən?
- Bu barədə danışa bilmərəm. Özləri açıqlayarlar. Hakimi də tanıyıram. Amma nəsə danışmağa ixtiyarım yoxdur.

- Həmin hakim Anar Niyazov deyil?
- Xeyr. Anar Niyazov deyil. Tam başqa biridir. Yenə deyirəm, kimliyi haqda danışa bilmərəm.

- Komitədən referi ilə üzləşməyi təklif etmədilər?
- Mən özüm dedim ki, gəlib desin ki, harada səhvə yol vermişəm? Nə etmişəm? Onlar da tez vaxtda görüşün təşkil olunacağını bildirdilər. Mən də indi gözləyirəm.


- Komitədəkilər sənə tanış simalar idi?
- Hamısı futbol adamlarıdır. Səhv eləmirəmsə, AFFA onların adlarını sirr saxlayır. İndi mənim bu haqda danışmağım düzgün olmaz.

- Artıq 2 aydan çoxdur ki, proses davam edir. Mübarizədən qalib çıxacağına əminsən?
- Mən günahkar deyiləm. Elə şeydə şübhəli bilirlər ki, işlətdiyim ifadəni bilsən, deyərsən ki, buna görə adamı günahlandırarlar? Vallah baş aça bilmirəm heçnədən. Mən günahsızam. Hər şey düzgünlüyə görə olsun. Mən səhvəmsə, cəzalandırılım, düzəmsə, düz çıxım. Lakin hamı da bilir, Allah da görür ki, mən doğruyam. Neyləyək daha? Öz federasiyamızdı, nə desələr, nə eləsələr qəbulumuzdu...


Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014