t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

Türkiyə Super Liqasında oynayan dördüncü azərbaycanlı kimdi?

  • Yazan:  İlkin Sultanlı
  • Tarix:  5.1.2017
  • Oxunma:  1074
Türkiyə Super Liqasında oynayan dördüncü azərbaycanlı kimdi? Çoxları elə bilir ki, Türkiyə Super Liqasında oynayan 2 azərbaycanlı futbolçu var: Ramil Şeydayev, Deniz Yılmaz və Ufuk Budak. Birinci hələ də çempionatda "Trabzonspor"un heyyətində debüt etməsə də, Budak "Kayserispor"un, Yılmaz isə "Bursaspor"un əvəz olunmazlarındandır.

Sportlife.Az-ın məlumatına görə, daha bir azərbaycanlı Türkiyə Super Liqasında çıxış edir. Bu, Ufuk Budakın komanda yoldaşı Umut Sönməzdir. 23 yaşlı futbolçu Bernard Lippertin vaxtında U-21 yığmasına dəvət olunub. Moldova - Azərbaycan (1:1) matçında da millimizin heyyətində debüt edib.

1993-cü ilin iyunun 20-i Türkiyənin Muş şəhərində doğulan Umut 2016-cı ilin avqust ayında "Kayserispor"a transfer olunub. Yarımmüdafiənin sağında, solunda və mərkəzində oynamağı bacarır. 23 yaşlı futbolçu bu mövsüm Super Liqada 12, Türkiyə Kubokunda 5 oyunda meydanda olub. Bu oyunlarda cəmi 1 dəfə rəqib qapıçını məyus edib. Türkiyə Kubokunun ilk turunda "Orhanqazispor" - "Kayserispor" matçında ilk qolun müəllifi Umut Sönməz olub. Yarımmüdafiəçi 25 dekabrda Super Liqada "Karabükspor"a qarşı oyunda bilinməyən müddətdə zədələnib.

AFFA-nın hansı səbəbdən milliləşdirdiyi bilinməyən futbolçu karyerası ərzində "Auqsburq" (U-19), "Auqsburq II", "Orduspor" "Qaziantep BB" klublarında çıxış edib. Umutun transfer dəyəri 200 min avrodur. Hücumun solunda da oynamağı bacaran 23 yaşlı futbolçunu AFFA-dakılar Robert Prosineçkiyə hansı səbəbdən xatırlatmırlar görəsən?

Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014