t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

"Qarabağ"ın “Beşiktaş”la yoxlama oyunu Türkiyədə keçirilə bilər

  • Yazan:  Sportlife.az
  • Tarix:  6.1.2017
  • Oxunma:  193
"Qarabağ"ın “Beşiktaş”la yoxlama oyunu Türkiyədə keçirilə bilər Bir müddət öncə “Qarabağ”la “Beşiktaş”ın yoldaşlıq oyununda üz-üzə gələcəyi xəbəri yayıldı. Düzdü, matçın dəqiq tarixi açıqlanmadı. Bildirilmişdi ki, hər iki klub rəsmiləri arasında görüş baş tutacaq və daha sonra konkret vaxt deyiləcək. Yoxlama matçı ilə bağlı təklif isə məhz Türkiyə klubundan gəlmişdi.

Onu da qeyd edək ki, yanvarda İstanbul təmsilçisinin Bakıda "Qartal yuvası" adlı mağazası fəaliyyətə başlayacaq. Mağazada “Beşiktaş”ın formaları, atributları və toplar satılacaq. Açılış mərasiminə klub prezidenti Fikrət Ormanın da qatılacağı dəcəyi gözlənilir. Türkiyə klubunun nümayəndələri Bakıya gələndən sonra yoxlama oyunu ilə bağlı dəqiq qərar veriləcək. Lakin onu da nəzərə alaq ki, yanvarın 15-də Türkiyə çempionatının ikinci yarısı start götürəcək. Deməli, yoxlama matçının həmin vaxta kimi təşkil olunması daha məntiqəuyğundu.

Dünən “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəllə əlaqə saxlayıb, bu məsələdə yeniliyin olub-olmadığını soruşduq: “Bu məsələdə bir yenilik yoxdu. “Beşiktaş” rəsmiləri ilə görüşün vaxtı hələ bilinmir. Ola bilər ki, komandanın Türkiyədə planlaşdırılan təlim-məşq toplanışında baş tutsun”.

mənbə: Futbol+

Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014