t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

Amil Yunanov: "Mənimlə maraqlanan klublar çox idi" - AÇIQLAMA

  • Yazan:  Sportlife.az
  • Tarix:  6.1.2017
  • Oxunma:  850
Amil Yunanov: "Mənimlə maraqlanan klublar çox idi" - AÇIQLAMA [u][/u] "Sumqayıt" Premyer Liqanın III dövrəsinin hazırlıqlarına start verib. Sportlife.Az xəbər verir ki, "kimyaçılar" ilkin mərhələdə doğma şəhərdə məşq edirlər.

Komandanın hücumçusu Amil Yunanov saytımıza açıqlamasında hazırlıq prosesini dəyərləndirib:"3 gündür ki, başlamışıq. Fiziki xarakterli məşqlər edirik. Biraz ağır gəlsə də, yaxşı keçir. Ayın 10-a kimi Sumqayıtda məşqlər keçəcəyik, daha sonra 10 günlük Antalyaya getməliyik. Orada yoldaşıq görüşləri keçirəcəyik. Bu matçlardan sonra çempionatın III və IV dövrəsinə tam hazır olacağıq".

Yunanov fasilədən sonra Premyer Liqadakı hədəfləri haqda da danışdı:"Əsas məqsədimiz 4-cü pillədəki yerimizi qoruyub saxlamaqdır. Çalışacağaq ki, rəqiblərimizi məğlub edək və özümüzdən qabağa buraxmayaq".

Hücumçu həmçinin, III və IV dövrədə daha çox qol vurmaq istədiyini vurğuladı:"Ötən il ardıcıl matçlarda fərqləndim. Bu mövsüm isə az qol vurmuşam. Keçən il bu səbəbdən mənimlə maraqlanan klublar çox idi. Lakin mən "Sumqayıt"la müqavilə imzaladım. Çünki burada özümü daha yaxşı göstərə biləcəyimi düşünürəm. Fasilədən sonra daha çox vuracam. Azarkeşlərimiz qələbələrə şahid olmağa layiqdirlər".

Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014