t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

Hazırda 45 milyon avro qiyməti olan futbolçunu Qurban Qurbanov niyə istəməyib? - ÖZƏL

  • Yazan:  
  • Tarix:  6.1.2017
  • Oxunma:  4310
Hazırda 45 milyon avro qiyməti olan futbolçunu Qurban Qurbanov niyə istəməyib? - ÖZƏL Marvin Ziqelar 2015-ci ildə "Sportinq"ə transfer olunub.

Sportlife.Az xəbər verir ki, "Rio Ave" ilə müqaviləsi bitdikdən sonra klubsuz qalan hollandiyalı yarımmüdafiəçi Portuqaliya nəhənginə keçib. Klubla olan sazişindəki şərtə görə, onu transfer etmək istəyən Lissabon təmsilçisinə 45 milyon avro ödəməlidir.

Ziqeları Azərbaycan futbolu ilə bağlayan bir məqam var. Əldə etdiyimiz məlumata görə, 2015-ci ildə cinah yarımmüdafiəçisi "Qarabağ" transfer oluna bilərmiş. İlkin razılıq əldə olunsa da, Qurban Qurbanov futbolçunun çox maaş istədiyini bildirərək transferdən imtina edib. Ziqelar Ağdam təmsilçisində çıxış etmək üçün ilinə 500 min avro tələb edirmiş. Qurbanov isə bu pula daha yaxşı 2 futbolçu ala biləcəyini bildirərək keçidə razı olmayıb.

Həmin il "Qarabağ" hollandiyalı Raydell Puponu və isveçli Samuel Armenteroslə gücləndi. Bu futbolçuların da Ağdam təmsilçisindəki talehi hamıya bəllidir.

Hazırda "Sportinq"in əsas üzvlərindən olan Ziqelar bu mövsüm Portuqaliya çempionatında 10, Çempionlar Liqasında isə 5 matçda meydanda olub. "Ayaks"ın yetirməsi olan yarımmüdafiəçi "Eksesior', "Espanyol B", "Elazığspor", "Bləkpul" və "Rio Ave" kimi klublarda çıxış edib.

Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014