t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

"İnter"in baş məşqçisi: "Ağabalanın yoxluğu hiss olunmayacaq" - MÜSAHİBƏ

  • Yazan:  
  • Tarix:  7.1.2017
  • Oxunma:  1714
"İnter"in baş məşqçisi: "Ağabalanın yoxluğu hiss olunmayacaq"  - MÜSAHİBƏ "İnter"in əvəzedici heyyətinin baş məşqçisi Fizuli Məmmədovun Sportlife.Az-a müsahibəsi

- Komanda III dövrəyə necə hazırlaşır?
- Artıq 2 gündür ki, məşqlərə başlamışıq. Ayın 10-a kimi hazırlıqlar davam edəcək. Yanvarın 12-dən sonra isə ümumi toplanış və yoxlama görüşləri olacaq. Ayın 20-dən sonra isə komanda III dövrənin ilk oyununa hazırlaşacaq. Ümumi isə məşqlər öz qaydasında keçir.

- Fasilə heyyətdə hansı dəyişikləri etməyi düşünürsünüz?
- "İnter"ə transfer qadağası qoyulub. Bu səbəbdən də heyyətə başqa komandalardan futbolçu cəlb edə bilməyəcəyik. Amma çalışacağıq ki, U-19-dan bir neçə futbolçunu əvəzediciyə gətirək. Bundan başqa bir dəyişiklik olmayacaq.

- İki dövrədən sonra IV pillədə qərarlaşmısınız...
- Bizim komandada əsasən 94-99-cü il təvəllüdlü futbolçulardır. Çempionatda komandaların səviyyəsi eynidir. Rəqiblər əsas heyyətin üzvlərindən istifadə edə bilir, amma biz azı 6 futbolçu göndəririk. Lakin yenə də ilk pillələrdəki komandalarla aramızda fərq yoxdur. Gənclərdən istifadə edirik ki, "İnter"in gələcəkdə futbolçu baxımından problemi olmasın. Amma bu, o demək deyil ki, mükafatçılar sırasına düşmək istəmirik. Həm keyfiyyət, həm kəmiyyət baxımından xeyirli işlər görmək istəyirik. Bunu da qış fasiləsindən sonra görəcəksiniz.

- Bəzi futbolçuların maaşları azaltmısınız. Buna səbəb nə idi?
- Bizdə 4 kateqoriyada futbolçu var: Əsas komandanən nəzarətindəkilər, daimi ilk 11-liyə daxil olanlar, ilk 18-liyə düşənlər və heyyətdən kənar qalanlar. Sonuncuların qarşısına şərt qoymuşam ki, heyyətə düşməsəniz, aylığınızım yarısı verilməyəcək. Buna səbəb də, həmin futbolçularla digərləri arasında rəqabət yaratmaqdır. Heç vaxt oynamayan futbolçu niyə tam maaş almalıdır ki? Bu, həmin oyunçuların peşəkar karyeralarına da təsir edəcək.

- Bu sistem əks təsir göstərsə və onlar komandanı tərk etmək istəsələr?
- Bilirsiniz, öz üzərində məsuliyyət hiss etməyən futbolçu heç vaxt yaxşı oyun nümayiş etdirə bilməz. "İnter"ə lazım olmayan oyunçu başqa komandaya da xeyir verə bilməz. Mən düşünürəm ki, bu sistem onların artımına kömək olacaq və komandada rəqabət yaradacaq. Hər kateqoriyaya aid futbolçuların hamısı gələcəl vədd edən oyunçulardır. Bizdən ən çox əsas heyyətin üzvlərini istəyirlər. Bu futbolçuların hamısı da özümüzə lazımlıdır.

- Ağabala Ramazanov "İnter"dən "Qarabağ"a keçdi. Onun yerinə Zaur Svanadzeyə təklif edə biləcəyiniz hansısa futbolçu varmı?
- Ağabalaya uğurlar arzu edirəm. Bu dəqiqə Azərbaycanın ən güclülərindən biridir. Məncə, o, daha yaxşı karyera üçün "Qarabağ"a keçdi. Bu dəqiqə kimdən soruşsanız, hamı orada oynamaq istəyər. "İnter"də onu əvəzedə biləcək kifayət qədər gənc futbolçu var. Svanadze onlarda doğru istifadə etsə, Ağabalanın yoxluğu hiss olunmayacaq. Mən də çalışacam ki, ona bu işdə kömək edim.

- Komandanızın 2 mövsüm transfer edə bilməyəcək. Hansı futbolçularınız gələcəkdə əsas heyyətin daimi üzvləri ola bilərlər?
- Bizim bir çox futbolçularımız aşağı yaş qrupu millərin əsas heyyətlərinin üzvləridir. "İnter"in gələcəyi əmin əllərdədir. İbrahim Qədirzadə, Nicat və Ricat qardaşları, Cavid Əmirli, Əlibəy Məmmədli, Murad Qayalı, Rafail Məhərrəmli və s. futbolçular bizim komandanın və Azərbaycan futbolçularının gələcəkləridir.

Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014