t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

Vobay: "Neftçi" rəhbərliyi yanlış yoldadır" - MÜSAHİBƏ

  • Yazan:  
  • Tarix:  8.1.2017
  • Oxunma:  1728
Vobay: "Neftçi" rəhbərliyi yanlış yoldadır" - MÜSAHİBƏ "Neftçi"nin sabiq üzvü, hazırda Sloveniyanın "Olimpiya" klubunda çıxış edən Julies Vobayın Sportlife.Az-a müsahibəsi...

- Lyublyanada həyat necədir?
- Hər şey qaydasındadır. Burada sakitçilikdir. Bəlkə yanvarın sonlarında şəhəri tərk etdim.

- Səbəb?
- Klubla bəzi problemlər yaşayıram. İşlər qaydasında getmir. Yaya kimi müqaviləm var, amma düşünürəm ki, o vaxta qədər burada qalmayacam. Hər şey qaydasında getsə, tezliklə komandadan ayrılacam.

- "Olimpiya"dan ayrıldıqdan sonra hansısa komandaya keçməyi düşünürsən?
- Hələlik təkliflər yoxdur. Bu barədə düşünməmişəm.

- "Neftçi" və Bakını unutmamısan ki?
- "Neftçi" həyatımın bir parçasıdır. Onu heç vaxt unutmaram. Bu komanda karyeramın zirvəsidir. Burada titullar, Avropada uğurlar qazanmışam.

- Lakin "Neftçi" indi əvvəlki gücündə deyil. 8 komanda arasında 7-ci pillədə qərarlaşıblar.
- Bu normaldı. Bütün futbolçular komandanı tərk etdilər. Yeni rəhbərlik "Neftçi"ni yenidən inşa etməyə çalışır. Düşünürəm ki, bu düzgün yol deyil. Komandada ruh yoxdur. "Neftçi" rəhbərliyi yanlış yoldadır.

- Onlara bu yolda hansısa təklifin varmı?
- Xeyr. Çünki onlar bütöv bir komandanı dağıtdılar. Yenidən o ruhu, komandanı qaytarmaq çətin olacaq.

- Yenidən "Neftçi"də çıxış etməyi düşünürsən?
- Əlbəttə. Doğma komandama kömək etməyə hər zaman hazıram. Bakı mənim evim kimidir. Əgər onlar təklif etsələr, yenidən qayıtmağa hazıram.

- "Neftçi"dən sonra "Əl Şaab" və "Olimpiya"da çıxış etdin. Bu komandaların iştirak etdikləri çempionatlarla Azərbaycan Premyer Liqası arasında hansı fərqlər var?

- Sloveniyada futbolçular çox aqressivdilər. Tez-tez kobud oynayırlar. Ərəbistan çempionatında isə əcnəbi futbolçulara oynamaq çətindi. Yerli futbolçular isə kifayət qədər yaxşı təsir bağışlamırlar.

-Hansı çempionatda oynamaq daha yaxşıdır? Azərbaycan, BƏƏ, yoxsa Sloveniya?
- Hər birinin özünə xas səviyyələri var. Hansının daha üstün olduğunu demək çətindir.

- "Neftçi"dən başqa hansısa Azərbaycan klubu səni istəsə, qəbul edərsənmi?
- Yenidən sizin ölkəyə qayıtmaq xoş olardı. İstənilən klub təklif göndərsə, qəbul edərəm. Lakin şərtlərdən də çox şey asılıdır.

Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014