t s
Sportlife.Az Sizin reklam burada Sizin reklam burada
Sizin reklam burada Zaman-313 Komputer Xidmətləri Bakı FK

"Antalya toplanışı Şeydayev üçün uğursuz oldu"

  • Yazan:  Nuh Tarverdiyev
  • Tarix:  12.1.2017
  • Oxunma:  97
 "Antalya toplanışı Şeydayev üçün uğursuz oldu" Millimizin futbolçusu Ramil Şeydayev zədələnib.

Sportlife.az-ın “Fanatik” qəzetinə istinadən yaydığı xəbərə görə, klubu “Trabzonspor”un yanvarın 2-si Antalyada başlayan hazırlığının ilk günlərində yüngül zədə alan 20 yaşlı hücumçu sonradan müalicə olunub. Bundan sonra o, ümumi məşqlərdən kənarda qalıb. Fərdi qaydada hazırlıq keçən futbolçumuz fitnes zalında isə komandasıyla birgə məşq edib.

“Fanatik” qəzetinin hazırlıq prosesini izləyən müxbiri yazıb ki, başa çatan bu təlim-məşq toplanışı Şeydayev üçün uğursuz olub.

Şərhlər

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Baş Redaktor - Həsənli Mirələm
Sportlife İdman Portalı
Copyright © 2012-2014