BİAF yeni reytinq cədvəlini açıqlayıb

BİAF yeni reytinq cədvəlini açıqlayıb

  • 2 Dekabr 2017, 14:13

Beynəlxalq İdman Atıcılıq Federasiyası yeni reytinq cədvəlini ictimaiyyətə elan edib. Sportlife.az saytının məlumatına görə, cari ay üçün müəyyənləşən siyahıda Azərbaycan atıcıları da yer alıblar.

Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov ötən ayla müqayisədə mövqeyini qoruyub. O, 25 m məsafəyə atəş açmada  8-ci, 10 m-də 28-ci pillədədi. Lunyovun aktivində müvafiq olaraq, 733 və 82 xalı var.

10 m məsafəyə atəş açmada qadınların siyahısında Nigar Nəsirova isə irəliləyib. O, 54-cü pilləni 53-ə dəyişib.

Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb.


Paylaş: