İslam Oyunlarinda 5 qizil qazanan aticimiz - Almaniyada final merhelesine yuksele bilmedi

İslam Oyunlarında 5 qızıl qazanan atıcımız - Almaniyada final mərhələsinə yüksələ bilmədi

  • 22 May 2017, 15:18

Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunlarında güllə atıcılığı yarışlarında 5 qızıl medal qazanan Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Almaniyanın Münhen şəhərində keçirilən yarışda ilk çıxışını başa vurub.

Sportlife.az xəbər verir ki, ilk olaraq 25 metrdən hədəfə sürətli atəş açmaqda qüvvəsini sınayan Lunyov təsnifat mərhələlərində 60 snayper arasında yalnız 11-ci pilləni tuta bilib. Atıcımız bu nəticə ilə final mərhələsinə yüksələ bilməyib.

Bu gün Lunyov 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışında özünü sınayacaq.


Paylaş: