AFFA ÇL-in finalini lobbiye uduzub - PUL ALMIRIQ, VERİRİK, helledici qarsilasmasi da AFFA-ya havayi oturmayib. UEFA-nin

AFFA ÇL-in finalını lobbiyə uduzub – PUL ALMIRIQ, VERİRİK

  • 27 Sentyabr 2017, 11:36

Sentyabrın 20-də Azərbaycanda Neftçilərin peşə bayramı qeyd olunduğu gün ölkəmiz üççün daha bir əlamətdar hadisə baş verdi. 1994-cü ildə "Əsrin müqavilə"indən sonra Azərbaycanın başlanan inkişaf mərhələlərinin tərkib hissəsində idman sahəsində əldə olunan nailiyyətlərin özünəməxsus yeri var.

Bu mənada idman təşkilatçılığı son illərdə ən əhəmiyyətli yer tutur. İlk dəfə keçirilən Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları bu yarışlar arasında kütləviliyinə görə xüsusi yer tutur. Son illərdə ölkəmizin futbol təşkilatçılığı sahəsində də xüsusi uğurları bir-birini əvəz edir.


Hərbçilərin, qızların, müxtəlif yaş kateqoriyalı futbolçuların turnirləri sırasında ən mötəbər yarış 2020-ci ilin Avropa çempionatının final mərhələsinin qrup və 1/4 final matçları olacaq. Lakin UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən bu hadisəni də qabaqlayacaq qərar verilib:

2019-cu ildə bu qurumun bayrağı altında keçirilən Avropa Liqasının – qitənin, əslində, bütün dünyanın ikinci ən böyük klub turniri yarışının final qarşılaşması Bakıda Olimpiya stadionunda təşkil olunacaq. Finalçıların dueli mayın 29-da keçiriləcək.


Beləliklə, 2015-ci ildə Avropa Oyunlarının açılış mərasiminə qədər inşa olunub ilk böyük tədbirinə ev sahibliyi etmiş bu arena üçün həmin kütəlvi tədbirlərin açılış və bağlanış mərasimlərinin, eləcə də atletika yarışlarının, necə deyərlər, ayağı düşərli olub. Çünki bu arena 2016-cı ildə 17 yaşlıların qitə çempionatının matçların da qəbul edib və həmin tədbirin açılış görüşü olan Azərbaycan – Polşa qarşılaşması bu yaş kateqoriyası üçün rekord sayda azarkeş – 33 min gəlib.


Çempionlar Liqasının final matçını isə Madrid “Atletiko”sunun yeni məskunlaşdığı “Estadio Metropolitano” iyunun 1-də qəbul edəcək. Qitənin Superkuboku İstanbulda, “Beşiktaş”ın yeni inşa olunmuş stadionunda avqustun 14-də keçiriləcək. Qadın klubların Çempionlar Liqası isə final qarşılaşması Macarıstan paytaxtı Budapeştin "Ferensvaroş" stadionunda təşkil olunacaq. Onun keçirilmə tarixi sonradan elan ediləcək.


Son anadək güman olunurdu, daha doğrusu, böyük ümidlər var idi ki, UEFA qitənin ən mörtəbər klub yarışının finalını AFFA-ya verəcək. Belə bir iddia ilə İspaniya mətbuatı da çıxış etmişdi.


Yerli həmkarlarımızın yazdığına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşünün təşkili üçün BOS-un yeganə rəqibi olan Madriddəki "Metropolitano" stadionunda VİP oturacaqlarının sayı kifayət qədər deyil.


Arenada bu kateqoriyaya aid cəmi 7 min oturacaq quraşdırılıb. Klub rəhbərliyi az vergi ödəmək üçün belə bir addım atıb. Amma onlar UEFA-nın müvafiq tələblərini nəzərə almayıblar.


İspaniya mətbuatı UEFA-nın final matçının "Metropolitano"da keçirilməyəcəyinə dair “Atletiko”ya məlumat çatdırdığını iddia edirdi. VİP zonanın kiçikliyi ilə yanaşı, stadionətrafı ərazi də yetərincə deyil. Bu da qonaqların qəbulu zamanı çətinliklər yarada bilər.


Stadionun inşası zamanı “Atletiko” rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalını İspaniya paytaxtından uzaqlaşdırıb. Nəricədə “Atletiko”nun son 4 ildə Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi, 2 dəfə finala, 1 dəfə də yarımfinala çıxması fonunda klubun stadionunun finalı qəbul etmək şansları aşağı qiymətləndirilirdi.


İspan jurnalistlərin iddiasına görə, Bakıdakı idman qurğusu UEFA-nın diqqətini daha çox çəkib. Azərbaycanın vəd etdiyi vergi güzəştlərinin mümkünlüyü arenanı qitə futbol qurumu üçün daha cəlbedici edir. 


İspaniyanın “Onda Cero” radiosu da bu məsələyə toxunub. Eyni arqumentlərə əsaslanan radio daha konkret iddia ilə çıxış edib: 2018/2019 mövsümündə Çempionlar Liqasının final matçı Bakı Olimpiya Stadionu Bakıda (BOS) keçiriləcək.


Nə oldu bəs? İsveçrədə mənzillənənən ispan lobbisi UEFA-ya birbaşa təsir edib. Halbuki qurum finalı Bakıya salsaydı, verginin azlığına görə daha çox gəlir götürəcəkdi. İspaniyanın böyük futbol ölkəsi olması son seçimin üzdəki səbəbidi.

Azərbaycanın qitənin mərkəzindən uzaq yerləşməsi UEFA-dakı Madrid tərəfdarlarının əlinə güclü bəhanə verib. Üstəlik, səfər xərclərinin baha başa gəlməsi və buna görə finalı izləmək istəyən turistlərin sayının az olması ehtimalı əsas götürülüb. 


Avroliqanın həlledici qarşılaşması da AFFA-ya havayı "oturmayıb". UEFA-nın bu haqda rəsmi hesabatında ölkəmizin qonaqlar üçün xərcə düşəcəyi yazılıb. Belə ki, Bakıda ötel qiymətləri həddindən artıq baha olduğundan, bizim yetkililər qonaqlara güzəşt edəcək. Paytaxtımıza təşrif buyuracaq müsafirlər statusundan asılı olaraq, 4 və 5 ulduzlu otellərdə yerləşdiriləcək. Mehmana və gəzinti xərclərinin 1/3 hissəsini AFFA öz hesabından ödəyəcək.


SPORTİNFO.AZ


Paylaş: