Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
11 Dekabr 2017, 16:58
172
Avropa Liqasında da 1/16 finalın püşkü atıldı

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Sportlife.az xəbər verir ki, püşkatmada Avroliqada qruplarda ilk iki yeri tutmuş komandalarla yanaşı, Çempionlar Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurmuş klublar da iştirak ediblər.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticələrini təqdim edirik:

“Borussiya” (Dortmund, Almaniya) - “Atalanta” (İtaliya)
“Nitsa” (Fransa) - “Lokomotiv” (Rusiya)
“Kopenhagen” (Danimarka) - “Atletiko” (İspaniya)
“Spartak” (Rusiya) - “Atletik” (İspaniya)
AEK (Yunanıstan) - “Dinamo” (Kiyev, Ukrayna)
“Seltik” (Şotlandiya) - “Zenit” (Rusiya)
“Napoli” (İtaliya) - “Leyptsiq” (Almaniya)
“Srvena Zvezda” (Serbiya) - ÇSKA (Rusiya)
“Olimpik” (Lion, Fransa) - “Vilyarreal” (İspaniya)
“Real Sosyedad” (İspaniya) - “Zalsburq” (Avstriya)
“Partizan” (Serbiya) - “Viktoriya” (Çexiya)
“Styaua” (Rumıniya) - “Latsio” (İtaliya
“Ludoqorets” (Bolqarıstan) - “Milan” (İtaliya)
“Astana” (Qazaxıstan) - “Sportinq” (Portuqaliya)
“Ostersun” (İsveç) - “Arsenal” (İngiltərə)
“Olimpik” (Marsel, Fransa) - “Braqa” (Portuqaliya)

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin oyunları gələn il fevralın 15-22-də keçiriləcək.