Qarabağ - Atletiko oyunu... - Di Françeskodan açıqlama

Qarabağ - Atletiko oyunu... - Di Françeskodan açıqlama

  • 22 Oktyabr 2017, 18:35

“Roma”nın baş məşqçisi Eusebio di Françesko növbəti dəfə “Qarabağ”la Bakıda keçirdikləri oyuna münasibət bildirib.

A seriyasının 9-cu turunda bu gün “Torino”ya qarşı keçiriləcək matç öncəsi təşkil edilən mətbuat konfransında o qeyd edib ki, Bakıdakı qələbə komandası üçün çox əhəmiyyətli olub.

“Qarabağ”ın “Atletiko”ya qarşı matçdakı nəticəsi (0:0 – red.) isə bizim qələbəmizin əhəmiyyətini daha da artırdı və uğurumuzun nə qədər vacib olduğunu bir daha göstərdi” – deyə italiyalı mütəxəssis bildirib.

 


Paylaş: