Qebelenin Avropa macerasi basa catdi, yarisda qalan yegane temsilcimiz - Qebele klubu da UEFA Avropa Liqasindaki

Qəbələnin Avropa macərası başa çatdı

  • 4 Avqust 2017, 08:00

Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları başa çatıb. 

Sportlife.az xəbər verir ki, bu yarışda qalan yeganə təmsilçimiz - "Qəbələ" klubu da UEFA Avropa Liqasındakı çıxışını dayandırıb. Bakıda Yunanıstanın “Panatinaikos” komandasını qəbul edən "qırmızı-qaralar" lazım olan nəticəni qazana bilməyiblər. "Bakcell Arena”da keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Yunanıstanda keçirilən ilk qarşılaşmada da 1:0 hesabı ilə “Panatinaikos” qalib gəlmişdi.

 


Paylaş: