Roman Qriqorcuk: Panatinaikos cox guclu idi, Qebelenin bas mesqcisi oyunsonrasi metbuat konfransinda oyunun neticesinden danisib

Roman Qriqorçuk: Panatinaikos çox güclü idi

  • 4 Avqust 2017, 09:00

Avropa Liqasında mübarizəni dayandıran "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında oyunun nəticəsindən danışıb.

Sportlife.az xəbər verir ki, ukraynalı mütəxəssis rəqibin daha güclü olduğunu etiraf edib:

“Etiraf edim ki, hesabı açıb, amma qoruya bilmədiyimiz oyunlar olub. Amma bu hər dəfə qeydə alınmır. İki qol buraxdıqdan sonra rəqib qapısına daha 3 qol vurmalı idik. Lakin bunu bacarmadıq. Rəqib bu gün çox güclü idi. Həm fərdi cəhətdən, həm də sürət mənasında bizi üstələdilər”.

- Azərbaycana gəlişinizin ilk ilində “Qəbələ” qrupa düşdü, bu dəfə isə alınmadı. Bu, sizə ölkə çempionatında hansısa üstünlük qazandıracaq?

- İki “cəbhə”də vuruşmağın və ya yalnız çempionatda oynamağın necə təsir göstərəcəyini zaman göstərəcək. Amma biz istərdik ki, çoxlu “cəbhə”lərdə mübarizə aparaq.

- İrəlidə top saxlamaqda çətinlik çəkirdik. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Kombinasiyalı, sürətli futbolu çox xoşlayıram. Hücumçular olur ki, topu saxlayır və o müddətdə komanda irəli atılır. İstərdim ki, hücumçumuz elə olsun. Rəqibin heyətində 8 nömrəli futbolçu elə idi. Bizdə isə bu çatışmırdı. Son 2 ildə elə tərzdə oyunçu bizdə çatışmır.

- Mövsümün startına kimi və ya mövsümün ortasında hansısa futbolçular “Qəbələ”ni tərk edə bilərmi?

- Düşünmürəm ki, bizdə artıq legioner var. Çempionatda 6 əcnəbi futbolçu oynamalıdısa, o deməkdi ki, komandamızda cəmi bu qədər legioner olmalıdı. Son 3 ildə hələ belə komplektləşmə olmamışdı.

- Çempionatın startına az qalıb. “Qəbələ”nin Avropa Liqasında mübarizə dayandırması futbolçularınıza psixoloji cəhətdən pis təsir etməyəcəkmi? Onları bu durumdan necə çıxaracaqsız?

- İnanılmaz bir şey baş verməyib. Biz ciddi komandaya uduzduq və avrokuboklarla vidalaşdıq. Üzərimizdə işləməyə davam edirik. Yeni komanda qururuq. Rəqibdən belə oyun gözləyirdim. Nəsə artıq bir şey edib, mübarizəni davam etdirə bilərdik. Amma bu gün “Panatinaikos” çox güclü idi. Psixoloji cəhətdən mənfi aurada deyilik. “Panatinaikos”la matça hazırlaşanda oyunçularımıza daha çox məşqlər etdirdik. Bu da çempionata hazırlıq mərhələsində komandamıza fayda verəcək. (APA SPORT)


Paylaş: