UEFA-dan Qebeleye sad xeber mektubu geldi, AFFA UEFA yer futbol idman sport gabala

UEFA-dan Qəbələyə şad xəbər məktubu gəldi

  • 28 May 2017, 00:06

"Qəbələ" klubunun Avropa Liqasının I təsnifat mərhələsindən azad olacağı ilə bağlı məlumat təsdiqini tapmaq üzrədi.

Sportlife.az xəbər verir ki, bu barədə sport24.az-a məlumatı komandanın baş meneceri Zaur Əzizov verib.

O, UEFA-dan rəsmi məktub aldıqlarını söyləyib: “UEFA-dan dünən aldığımız məktubda birbaşa yazılmasa da, yarışa II təsnifat mərhələsindən başlayacağımıza dair ehtimalın yüksək olduğu bildirilib. Buna dair son məlumat iyunun 4-də göndəriləcək”.

Qeyd edək ki, iyunun 3-də baş tutacaq Çempionlar Liqasının finalı – “Yuventus”la “Real” arasındakı matçdan sonra bu məsələ rəsmi təsdiqini tapacaq.


Paylaş: