Zire Qalatasaraya reqib ola biler. fenerbahce galatasaray gs futbol avrupa ligi europa league eleme tesnifat turkiye superlig idman yer

Zirə Qalatasaraya rəqib ola bilər

  • 2 İyun 2017, 15:00

“Qalatasaray” klubu ölkəmizə səfər edə bilər. Sportlife.az xəbər verir ki, “Konyaspor”un Türkiyə kubokunu qazanaraq Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə əldə etməsi, Türkiyə Superliqasında 3 və 4-cü yeri tutacaq komandaların müvafiq olaraq, III və II təsnifat mərhələsindən yarışa başlamalarına gətirib çıxarıb.

Sona 1 tur qalmış “Qalatasaray” “Fənərbaxça” ilə eyni xala malik olsa da, həm top fərqinə, həm də şəxsi oyunlara görə “Sarı-lacivərdlilər” bürünc medallara daha yaxın sayılır. Belə davam edərsə, "Qalatasaray" mövsümü 4-cü pillədə başa vuracaq və Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

 İstanbul klubunun bu mərhələdəki potensial rəqiblərindən biri də “Zirə” ola bilər. Təmsilçimiz I mərhələdəki sınaqdan üzüağ çıxsa, II mərhələdə səpələnməmişlərdə qərarlaşacaq və rəqiblərindən biri də "Qalatasaray" olacaq.


Paylaş: