Amil Yunanov: ... meydançaya çıxmaram

Amil Yunanov: "... meydançaya çıxmaram"

  • 13 Dekabr 2017, 14:00

“Qarabağ” kimi komanda ilə səfərdə başabaş oynayıb, sonda 1:2  hesabı ilə uduzmağımızı sərfəli nəticə hesab edirəm. Bu nəticə bizim üçün mərhələ adlamağa böyük ümid verir. Cütün taleyinə evdə keçirəcəyimiz oyunda aydınlıq gələcək”.

Bu fikirləri Sportlife.az-a açıqlamasında Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçı öncəsi “Sumqayıt”ın hücumçusu Amil Yunanov bildirib.

Gənc futbolçu növbəti mərhələyə adlayacaqlarına inandığını bildirib:

“Baxmayaraq ki, cavab görüşündə bir sıra əsas heyət oyunçularımız iştirak edə bilməyəcək, ancaq düşünürəm ki, komandamızın qalib gəlib, növbəti mərhələyə adlayacaq. Ümumiyyətlə qələbəyə inanmasam meydançaya çıxmaram”.


Paylaş: