Azərbaycan kuboku: İki ildən sonra yenidən 1/16 finalda

  • 10 Oktyabr 2017, 14:38

Sabah Azərbaycan kubokunda 2017/18 mövsümünə start veriləcək. 

Sportlife.az xəbər verir ki, 1/16 final mərhələsində Birinci Divizionun 4 komandası üz-üzə gələcək. Bu klubların hamısı əvvəllər də ölkə kubokunda mübarizə aparıb. 

Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin kubok çərçivəsində keçirilən əvvəlki oyunlarının balansını təqdim edib:
 

Azərbaycan kuboku
1/16 final
11 oktyabr (çərşənbə)


“Ağsu” – “Mil-Muğan” – indiyədək qarşılaşmayıblar

MOİK – “Turan Tovuz” – 1 oyun, +0=0-1, top fərqi 1-2

Rəqiblər iki il əvvəl də 1/16 finalda qarşılaşıb. Paytaxt təmsilçisinin meydanında keçirilən yeganə oyunda Tovuz klubu qələbə qazanıb.
2015/16 1/16 final
MOİK (Bakı) - Turan Tovuz
1:2

Paylaş: