Azerbaycan kubokunda 1/4 final baslayir, garabag

Azərbaycan kubokunda 1/4 final başlayır

  • 10 Dekabr 2017, 13:17

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə start veriləcək. Sportlife.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Hər iki duel Bakıda baş tutacaq. "Keşlə" "Kəpəz"i, "Zirə" isə "Neftçi"ni doğma azarkeşləri qarşısında qəbul edəcək.
 
Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu sabah keçiriləcək.
 
10 dekabr - Azərbaycan kubokunun 1/4 final mərhələsi (İlk oyunlar)
 
14:00. "Keşlə” – "Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
"İnter Arena”
 
16:00. "Zirə” – "Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu
 
11 dekabr
16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
 
19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
“Azersun Arena”

Paylaş: