Kubokda ilk görüşlər bu vaxt keçiriləcək

Kubokda ilk görüşlər bu vaxt keçiriləcək

  • 5 Dekabr 2017, 15:55

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk qarşılaşmaların keçirilmə vaxtı açıqlanıb. Sportlife.az saytının məlumatına görə, dekabrın 10-da başlayacaq mərhələnin ilk matçında Premyer Liqanın "zirzəmisi"ndə qərarlaşan “Kəpəz”lə “Keşlə” qarşılaşacaq.

İlk oyunlara çempionatın lideri və titulun son sahibi “Qarabağ”ın matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunlarının hamısı “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan kuboku

1/4 final

İlk oyunlar

10 dekabr (bazar)

14:00. “Keşlə” – “Kəpəz”

“İnter Arena”

 

16:00. “Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu

 

11 dekabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Səbail”

Qəbələ şəhər stadionu

 

19:00. “Qarabağ” – “Sumqayıt”

“Azersun Arena”


Paylaş: