Qarabağdan Sumqayıt üzərində əzmkar qələbə

Qarabağdan Sumqayıt üzərində əzmkar qələbə

  • 11 Dekabr 2017, 21:23

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Sportlife.az xəbər verir ki, ikinci oyun gününün son matçında ölkə kubokunun sonuncu qalibi "Qarabağ" "Sumqayıt"la qarşılaşıb.

“Azərsun Arena”da baş tutan görüşdə hesabı qonaqlar açıblar. Amma fasilədən sonra təzyiqi daha da artıran Ağdam klubu buraxılan qolun əvəzini artıqlamasıyla çıxıb. Nəticədə, Qurban Qurbanovun komandası əzmkar qələbə qazanıb.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunu
11 dekabr

“Qarabağ” – “Sumqayıt” 2:1
Qol: R.Almeyda, 57. P.Enrike, 85 - R.Eyubov, 24.
Qırmızı vərəqə: F.Vəliyev, 88.
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov.
Suraxanı. “Azersun Arena”, 19:00.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda (k), 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 18. Tarik Elyunussi, 14. Famil Camalov, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 13. Bəhlul Mustafazadə, 20. Səbuhi Abdullazadə, 28. Rüfət Abdullazadə, 39. Tural Bayramlı, 90. Ramil Həsənov, 97. Xəyal Nəcəfov.
Məşqçi: Seymur Rəhimov.

Digər oyunlar: “Keşlə” – “Kəpəz” 2:0, “Zirə” – “Neftçi” 1:0, “Qəbələ” - “Səbail” 1:0.


Paylaş: