Qəbələ Səbailə ilk oyunda qalib gəldi

Qəbələ Səbailə ilk oyunda qalib gəldi

  • 11 Dekabr 2017, 19:31

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir. Sportlife.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında "Qəbələ" "Səbail"i qəbul edib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri minimal hesabla qalib gələrək, cavab görüşü öncəsi üstünlüyə yiyələniblər.

Günün digər qarşılaşmasında ölkə kubokunun son qalibi "Qarabağ" "Sumqayıt"la qarşılaşır.

Bir gün öncə baş tutan oyunlarda isə “Keşlə” “Kəpəz”ə 2:0, “Zirə” “Neftçi”yə 1:0 hesabıyla qalib gəlib.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
11 dekabr

“Qəbələ” - “Səbail” 1:0
Qol: S.Monroz, 59.
Matçın 76-cı dəqiqəsində meydan sahiblərinin üzvü C.Hüseynov penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov.
Qəbələ. Şəhər stadionu, 16:00.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Ürfan Abbasov, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 15. Vitali Vernidub, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.


Paylaş: