Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
15 Dekabr 2017, 19:14
149
Qriqorçuk: İlk yarını pozitiv əhval-ruhiyyədə bitirdik

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Səbail” və “Qəbələ” klubları arasındakı cavab matçından (2:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sportlife.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları dilə gətirib:

“Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk yarını pozitiv, xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim. Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil. Hələ ki, bütün oyunçular bizimlədi. Deməzdim ki, rəqibə ciddi yanaşmamışdıq. Sadəcə, autdan bir top atdılar və səhvə yol verdik. Millidə çalışacaq Ramin Quliyevi məşqçilər korpusunda kimin əvəz edəcəyi hələlik bəlli deyil”