Rəşad Əzizli heç nədən çəkinmir - Rəqabətə hazıram

Rəşad Əzizli heç nədən çəkinmir - Rəqabətə hazıram

  • 11 Dekabr 2017, 11:30

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi" səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub. Sportlife.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin əlcək sahibi Rəşad Əzizli jurnalistləri maraqlandıran suallara cavab verib. Gənc qapıçı ilk olaraq məğlubiyyəti şərh edib:
 
- Üstünlük bizdə idi. Sonda buraxdığımız qolla uduzduq. Cavab matçında inanıram ki, mərhələni biz keçəcəyik.
 
- Qolda səhvin var idi?
- Deməzdim ki, qapıçının səhvi var idi.
 
- Bu topu çıxara bilərdin?
- Çərçivəyə gələn bütün topları çıxarmaq mümkündür. Bu epizodda topun tirə dəyərək toru silkələməsi bəxtsizlikdən oldu. Belə epizodlarda topu çıxarmaq çətin olur. Bunu analiz edəcəm.
 
- Burada səni nə çaşdırdı? Zərbəni gözləmirdin?
- Bəlkə də bir az irəlidə dayanmışdım. Epizoda baxacam.
 
- Tərlan Əhmədov açıqlmasında bildirib ki, Səlahət Ağayev və Rəşad Əzizli ilə yanaşı daha bir qolkiper transfer ediləcək. Buna münasibətin necədir?
- Bu, məşqçinin qərarıdır. Buna hörmətlə yanaşmalıyıq. Mən də rəqabətə hazıram. Mən heç bir şeydən çəkinmirəm.
 
- Cavab oyunu haqda nə düşünürsən?
- Öz oyunumuzu oynayacağıq. Bu gün dəyərləndirmədiyimiz epizodlardan yararlanmağa çalışacağıq. Öz oyunumuzu tapsaq, asanlıqla mərhələni keçəcəyik.
 
- Müdafiə xəttində bu gün ağır oyunçular yer almışdı.
- Ağır olsalar da, təcrübələri var. Onların təcrübəsi nəyə desən, dəyər. Bu haqda nəsə deyə bilmərəm. Rəşad Sadiqovun təcrübəsinə hamımız yaxşı bələdik. Həm də o, bu mövqeydə Kirill Petrov zədəli olduğu üçün oynadı.

Paylaş: