Yunis Hüseynov: Təcrübə çatmadı

Yunis Hüseynov: Təcrübə çatmadı

  • 14 Dekabr 2017, 17:39

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Keşlə” (2:3) matçından sonra mətbuat konfransı keçirilib. Sportlife.az xəbər verir ki, konfransda “sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov fikirlərini media nümayəndələri ilə bölüşüb:

“Oyunla bağlı fikir demək çətindir. Qış fasiləsindən sonra Avropa Liqasına vəsiqə qazanmaq şansının qalması üçün kubokda mərhələ adlamaq istərdik. Çünki çempionatda müvafiq yerləri tutmaq çətin olar. Amma kubokda irəliləmək mümkün idi. Əfsuslar olsun ki, bunu da bacarmadıq. İlk oyunda uduzduqdan sonra cavab matçında bizim üçün çətin olacağı hiss olunurdu. Uşaqlarda istək vardı, çox çalışdılar ki, qələbə qazansınlar. Təcrübə çatmadı. Ona görə də məğlub olduq. “Keşlə”ni təbrik edirəm”.


Paylaş: