6 Noyabr 2017, 14:45
251
AFFA Kəpəzin futbolçusu ilə bağlı UEFA-ya məlumat verəcək

Premyer Liqanın 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda feyr-pley nümunəsi qeydə alınıb. 


Sportlife.az xəbər verir ki, oyunun 27-ci dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. 


Lakin Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.


Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Feyr-pley və Sosial Məsuliyyət Komitəsinə məlumat veriləcək.

BÜTÜN XƏBƏRLƏR
ARXİV