AFFA Zaqatalanı Premyer Liqaya qaytarır: Baş məşqçi kim olacaq?

AFFA Zaqatalanı Premyer Liqaya qaytarır: Baş məşqçi kim olacaq?

  • 18 Dekabr 2017, 16:37

Növbəti mövsüm Premyer Liqada iştirak edəcək komandalardan biri də məlum olub.

Sportlife.az xəbər verir ki, bu "Zaqatala"dı. Əldə etdiyimiz özəl məlumata görə, şimallılar bununla bağlı AFFA-dan xoş xəbər alıb. 

Əyalət təmsilçisi əvvəlki kimi iddialı komanda olacaq. Buna görə də, ilk öncə komandanı irəli apara biləcək gücdə bir mütəxəssisə ehtiyac duyulur. Hal-hazırda axtarışlar davam edir. Bir neçə məşqçi ilə danışıqlar aparılıb, lakin razılıq əldə olunmayıb.

Rəhbərlik bu işdə səhv etmək istəmir. Xeyiri məsləhətləşərək, 100 ölçüb, bir biçdikdən sonra qərar verməkdə görürlər.


Paylaş: