Aqil Məmmədovun Neftçiyə keçidinə nə mane oldu?

Aqil Məmmədovun Neftçiyə keçidinə nə mane oldu?

  • 16 Sentyabr 2017, 18:53

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov  təyinatından dərhal sonra Rəşad Sadiqovu komandaya cəlb etdi. Hazırkı durumu, çempionatın gedişini nəzərə alsaq, böyük təcrübəyə malik  Sadiqov “Neftçi”yə xeyir verə bilər.

Bizdə olan son məlumata görə, Tərlan Əhmədov yaxşı tanıdığı daha bir futbolçunu gətirmək istəyib. Əhmədovun dönəmində AZAL-ın vitse-kapitanı olan Aqil Məmmədovu sərəncamına cəlb etməyə çalışıb. Hətta bununla bağlı razılıq da əldə olunub. Amma qaydalar “Qəbələ”nin futbolçusunun “Neftçi”yə keçidinə mane olub.

Qeyd edək ki, Aqil vaxtilə “Neftçi”də  oynayıb. Yay fasiləsi zamanı “Qəbələ”yə keçən futbolçu hələ ki əsas heyətə düşə bilmir. (futbol11.az)

Sportlife.az-ın əldə etdiyi məlumata görə, Məmmədovun "flaqman"a keçidinə mane olan əsas məqam "transfer pəncərəsi"nin müddətinin bitməsi olub. Qaydalara əsasən "transfer pəncərəsi" başa çatdıqdan sonra komandalar yalnız azad agent statusuna malik futbolçuları öz heyətlərinə cəlb edə bilərlər. 


Paylaş: