Ard - arda beşinci qış çempionluğu

Ard - arda beşinci qış çempionluğu

  • 5 Dekabr 2017, 16:25

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün qış çempionunun adına aydınlıq gəlib.  Sportlife.az-ın verdiyi xəbərə əsasən  ilk yarının son turunda “Neftçi”dən 1:0 hesabı ilə üstün olan “Qarabağ” 2017-ci ili ilk pillədə sona çatdırıb.

Ağdam təmsilçisinin “Səbail”lə təxirə salınan oyunu qalsa da, 34 xal toplayan Qurban Qurbanovun yetirmələri qış fasiləsinə hamıdan öndə yollanıb. Bu, “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə 6-cı qış çempionluğudu.

"Köhlən atlar" liderliyini sonadək qoruya bilmədiyi 2004/05 mövsümündə, həmçinin sonda qızıl medallar qazandığı 2013/14, 2014/15, 2015/16 və 2016/17 mövsümlərində də qış fasiləsinədək olan bölümü 1-ci pillədə başa vurub.
 

Qeyd edək ki, payız-yaz sistemi üzrə keçirilən 24 mövsümdə “Neftçi” 7, “Qarabağ” 6, “Kəpəz”lə “Keşlə” hərəyə 3, “Xəzri”, “Şəmkir”, “Karvan”, “Şüvəlan” və “Xəzər Lənkəran” 1 dəfə fasiləyə lider kimi yollanıb.


Paylaş: