Azerbaycan klublari dopinq-testden kececek, Doping in sport test azrbaycan futbolu yer

Azərbaycan klubları dopinq-testdən keçəcək

  • 26 May 2017, 15:21

Azərbaycan Premyer Liqasının oyunlarında futbolçulardan dopinq-test götürüləcək.

Sportlife.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli prosesin Milli Antidopinq Proqramı çərçivəsində həyata keçiriləcəyini bildirib.

Prosedurun beynəlxalq tələblərə uyğun aparılacağını deyən Şəfəq Hüseynli dopinq-testlərin götürüləcəyi oyunların gizli saxlanılacağını söyləyib.

 Qeyd edək ki, Azərbaycan Premyer Liqasının növbəti mövsümünə avqustun ortalarında start veriləcək. (REPORT)

Paylaş: