Baki klubu fealiyyetini tamamile dayandirir,2013-cü ilden biznesi defolt olmaga baslayan taninmis is adami.

Bakı klubu fəaliyyətini tamamilə dayandırır

  • 19 Avqust 2017, 10:00

Həvəskarlar Liqasında çıxış edən "Bakı" klubu fəaliyyətini tamamilə dayandıra bilər.

Sportlife.az xəbər verir ki, 2013-cü ildən biznesi defolt olmağa başlayan tanınmış iş adamı artıq futboldan tamamilə çəkilir.

 Hazırda həvəskar klub saxlamaq da onun üçün böyük bir problemdi. Böyük ehtimalla, paytaxt təmsilçisi növbəti mövsümdən fəaliyyətini ümumiyyətlə dayandıracaq. 


"Zolaqlılar"ın Biləcəri qəsəbəsində yerləşən bazasından "Göyçə" və MOİK istifadə edir.

 "Bakı"nın bazasına yenicə təşrif buyuran I Divizion təmsilçiləri az məbləğdə icarə haqqı ödəyəcəklər. Həmin məbləğə isə komandanı saxlamaq mümkün deyil. (Sportinfo.az). 


Paylaş: