Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
27 Dekabr 2017, 13:07
877
Əlincədən stadionun satılması xəbərinə CAVAB GƏLDİ

Dünən saytımızda "Azərbaycanda daha bir stadion SATIŞA ÇIXARILDI"  başlıqlı xəbər yerləşdirilmişdi. (http://sportlife.az/azrbaycan-premyr-liqsi/azerbaycanda-daha-bir-stadion-satisa-cixarildi ) 

Xəbərdə qeyd edilirdi ki, "Əlincə" rəhbərliyi "Əlincə Arena"nı satmağa qərar verib. 

"Əlincə"nin icraçı direktoru Ceyhun Abbasov bu gün redaksiyamızla əlaqə saxlayaraq məlumatın həqiqəti əks etdirmədiyini söyləyib:

"Sizin saytınızda yazılan məlumat həqiqəti əks etdirmir. "Əlincə Arena" satılmır. Klubun böyük hədəfləri var. Yeni mövsümdən Azərbaycan I Divizionunda iştirak etməklə bağlı planlarımız var".

P.S. Yazılan məlumat adının çəkilməsini istəməyən real mənbəyə istinad edilərək dərc olunub.

MİRƏLƏM HƏSƏNLİ 

Sportlife.az