Hüseyn Məhəmmədov Kəpəzdə!

Hüseyn Məhəmmədov Kəpəzdə!

  • 20 Noyabr 2017, 10:41

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevlə yanaşı, qapıçılarla işləyən məşqçi Nadir Şükürov da postundan ayrılıb.

Sportlife.az aut.az-a istinadən xəbər verir ki, artıq komandanın yeni məşqçisi müəyyənləşib. 

Məlumata görə, "Kəpəz"də qapıçılarla işləyən məşqçi funksiyasını bundan sonra milli komandamızın sabiq üzvü Hüseyn Məhəmmədov yerinə yetirəcək. O, yeni baş məşqçi Yunis Hüseynovun köməkçisi olacaq.

Qeyd edək ki, Hüseyn Məhəmmədov 1996-2000-ci illərdə həmin vaxt "Gəncə" adlanan komandanın formasını geyinib. O, 1997/98 və 1998/99 mövsümlərində bu komanda ilə Azərbaycan çempionu, 1996/97, 1997/98 və 1998/99 mövsümlərində ölkə kubokunun qalibi olub.


Paylaş: