İbrahim Şehiçə 3 oyunluq CƏZA

İbrahim Şehiçə 3 oyunluq CƏZA

  • 22 Noyabr 2017, 12:56

AFFA-nın İntizam Komitəsi Premyer Liqanın 12-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edib.

Sportlife.az xəbər verir ki, İntizam komitəsi ən ağır cəzalardan birini də “Qarabağ” klubunun qapıçısı İbrahim Şehiçə verib.

Belə ki, noyabrın 17-də Premyer Liqanın XII turunun “Qarabağ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-ci dəqiqəsində “Qarabağ” klubunun 13 №-li futbolçusu İbrahim Şehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.

“Kəpəz” – “Səbail” matçında “Kəpəz” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 5-ci dəqiqəsində “Kəpəz” klubunun 3 №-li futbolçusu Dedimar Ferreir aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.


Paylaş: