İngilterede oynayan hucumcu: İddiali Azerbaycan klubu xidmetimde maraqli olsa...Simali İrlandiyali futbolcu Norvicden ayrildigini, azad agent statusunda oldugune ve iddiali Azerbaycan klubunda oynaya bileceyini qeyd edib.

İngiltərədə oynayan hücumçu: İddialı Azərbaycan klubu xidmətimdə maraqlı olsa...

  • 16 İyun 2017, 18:53

"Azərbaycan klublarının mənimlə maraqlanması xəbərini mətbuatda oxudum. Düzünü desəm, mənimlə əlaqə saxlayan olmayıb".

Sportlife.az xəbər verir ki, bu sözləri adı "Qarabağ" klubu ilə hallanan Şimali İrlandiya yığmasının hücumçusu Kayl Lafferti söyləyib. Ötən ay İngiltərənin"Norviç" klubundan ayrıldıqdan sonra klubsuz qalan futbolçu ölkəmizə gəlməyin əleyhinə olmadığını bildirib:

"Bəlkə də kimsə maraqlanır, amma mənim bundan xəbərim yoxdu. Hazırda azad agent statusu daşıyıram. İddialı Azərbaycan klubu xidmətimdə maraqlı olsa, danışıqlar masası arxasında əyləşmək olar. Bakıda gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Azarkeşlərin yaratdığı ab-hava, sadəcə, möhtəşəm idi. Bakı gözəgəlimli şəhərdi. Amma hələ ki təklif almamışam”.

Qeyd edək ki, Lafferti "Norviç"in heyətində keçirdiyi son mövsümdə 17 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: