İSTANBUL NƏHƏNGİ Əlincənin yetirməsini heyətinə qatdı

İSTANBUL NƏHƏNGİ Əlincənin yetirməsini heyətinə qatdı

  • 20 Fevral 2018, 11:17

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Qarabağ”ın U-19 komandasının üzvü Turan Vəlizadə karyerasını Türkiyədə davam etdirəcək.

Sportlife.az xəbər verir ki, “Fənərbaxça” gənc futbolçunu aşağı yaş qrupuna cəlb edib. Bu barədə məlumatı “Fotomaç” qəzeti yayıb.

“Sarı-lacivərdlilər” həmyerlimizdən başqa, “Oberhauzen”dən Mete Yıldız, “Duysburq”dan Oğuzhan, “Gütersloh”dan Hüseyn, “Qalatasaray”dan Oben, “Çanakkale”dən Görkəm, “Yönköppinq”dən Andreas Kilit və klubun tanınmış futbolçulardan olmuş xorvatiyalı Milan Rapaiçin oğlu Boris Rapaiçi də heyətinə cəlb edib.

Xatırladaq ki, “Əlincə”nin yetirməsi olan Turan 2015-2016-cı illər aralığında “Fənərbaxça”da çıxış edib. İstanbul klubu həmyerlimizin xidmətində maraqlı olsa da, vətəndaşlıqla bağlı problemə görə geri qayıtmalı olmuşdu. Vəlizadə həmin vaxtdan “Qarabağ”ın aşağı yaş qrupunda çıxış edirdi.


Paylaş: