Kamran Ağayev bu komandada çıxış edəcək

Kamran Ağayev bu komandada çıxış edəcək

  • 7 Dekabr 2017, 09:30

Azərbaycanmillisinin qapıçısı Kamran Ağayevin yeni komandasının adına aydınlıq gəlib. Sportlife.az xəbər verir ki, təcrübəli çərçivə qoruyucusu qış fasiləsindən sonra paytaxtın “Keşlə” klubunun uğurları üçün çalışacaq.

Onunla ilyarımlıq müqavilə imzalanacağı gözlənilir. 

Qeyd edək ki, Ağayev Çexiya “Mlada”sı ilə müqaviləsinə ikitərəfli razılıq əsasında xitam verib. (sport24.az)


Paylaş: