Kamran Ağayevden xeber var, Milli komandamizin qolkiperi Mladanin mesqinde

Kamran Ağayevdən xəbər var

  • 18 Avqust 2017, 13:00

Mili komandamızın qolkiperi Kamran Ağayevin son durumundan xəbər var.

 Sportlife.az xəbər verir ki, “Mlada”nın məşqində zədələnən futbolçunun vəziyyəti normaldı. O, yeni komandasında debüt edə bilər. Bu barədə sportal.az-a millinin qapıçılar üzrə məşqçisi Faiq Əzizov məlumat verib:

 “Kamranla maraqlanırıq, zədəsi yüngüldür. Həkim bildirib ki, o, tam sağalmalıdır. Bu səbəbdən də Çexiya Liqasında son turu buraxdı. Növbəti tur “Mlada” evdə “Slovan”la oynayacaq. Kamranın bu matçda forma geyinəcəyi gözlənilir”.

 Qeyd edək ki, “Mlada” Çexiya çempionatının 4-cü turunda avqustun 19-da doğma meydanda “Slovan”a qarşı keçirəcək.


Paylaş: