Kəpəzdən ayrılan futbolçu bu klubla anlaşdı

Kəpəzdən ayrılan futbolçu bu klubla anlaşdı

  • 4 Yanvar 2018, 15:38

“Kəpəz”dən ayrılan futbolçulardan daha birinin yeni klubu müəyyənləşib. Sportlife.az xəbər verir ki, söhbət müdafiəçi Azad Kərimovdan gedir.

24 yaşlı futbolçu bundan sonra MOİK-in şərəfini qoruyacaq. Əldə etdiyimiz məlumata görə, o, artıq 1-ci Divizion klubu ilə tam razılığa gəlib.

Qeyd edək ki, 2015-ci ildən “Kəpəz”də oynayan Kərimov Gəncə təmsilçisinin yeni baş məşqçisi Yunis Hüseynovun imtina etdiyi çoxsaylı futbolçulardan biridi. O, əvvəllər “Lokomotiv-Biləcəri” və “Bakı” klublarında da çıxış edib.

mənbə: Sportlife.az


Paylaş: