Kərim Diniyev Kəpəzi tərk edir? - Şahin Diniyev CAVABLANDIRDI

Kərim Diniyev Kəpəzi tərk edir? - Şahin Diniyev CAVABLANDIRDI

  • 12 Dekabr 2017, 15:10

Şahin Diniyevin ardından oğlu Kərim Diniyevin də “Kəpəz”i tərk edəcəyi ilə bağlı yeni məlumatlar yayılıb. Kərimin qış fasiləsində Gəncə təmsilçisini paytaxt klublarından birinə dəyişəcəyi bildirilir.

Məsələyə münasibət öyrənmək üçün Şahin Diniyevlə əlaqə saxladıq. Diniyev Sportlife.az-a açıqlamasında bunları dedi:

 “Kəpəz”lə bağlı danışmaq istəmirəm. Nə “Kəpəz”lə, nə də həmin futbolçu ilə bağlı heç bir suala cavab vermək istəmirəm. “Kəpəz”in rəhbərliyi və məşqçiləri var. Kərim mənim oğlum olsa da, o artıq peşəkar futbolçudu. Ona görə də mənim bu məsələyə münasibət bildirməyim düzgün çıxmaz. Çünki mən bu məsələdə heç bir tərəf deyiləm”.


Paylaş: