14 Noyabr 2017, 15:52
248
Neftçi - Qəbələ: Yenə də meydan sahibləri, yoxsa...?

Premyer Liqada 12-ci turun oyun cədvəli məlumdu.

Sportlife.az xəbər verir ki, növbəti turun görüşləri 3 günü əhatə edəcək. Bütün görüşlər “CBC Sport” kanalı ilə canlı yayımlanacaq. 

 

Premyer Liqa
12-ci tur

17 noyabr (cümə)

“Qarabağ” – “Sumqayıt”
Bakı Olimpiya Stadionu, 18:30.

* Meydan sahibləri "Sumqayıt"la keçirdikləri son 7 oyunun hamısında meydançanı qələbə ilə tərk ediblər. Ağdam təmsilçisi son 5 görüşdə ən azı 2 qol vurmağı bacarıb.

18 noyabr (şənbə)

“Keşlə” – “Zirə”
Bakı. “İnter Arena”, 13:00.

* Bu klublar arasında keçirilən son 5 oyunda eyni – 1:1 hesablı heç-heçə qeydə alınıb. Komandalardan heç biri indiyədək səfərdə qələbə qazana bilməyiblər.

“Kəpəz” – “Səbail”
Gəncə şəhər stadionu, 15:00.

* Komandalar arasında cəmi 1 oyun keçirilib. “Səbail” ev matçında qol buraxmadan qələbə qazanıb.

19 noyabr (bazar)

“Neftçi” – “Qəbələ”
Bakı. “Bakcell Arena”, 17:00.

* Keçirilən son 4 qarşılaşmada meydan sahibləri qələbəyə seviniblər. "Qəbələ" son səfər matçında paytaxt klubuna məğlub olub - 0:1.

BÜTÜN XƏBƏRLƏR
ARXİV