Nizami Hacıyevin yerinə götürəcəyimiz futbolçu... -Tərlan Əhmədov

Nizami Hacıyevin yerinə götürəcəyimiz futbolçu... -Tərlan Əhmədov

  • 9 Dekabr 2017, 16:30

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov mətbuat nümayəndələri ilə onları maraqlandıran məsələlərə aydınlıq gətirib. Sportlife.az bakılıların çalışdırıcısının fikirlərini təqdim edir:

- İlk iki dövrəni "Neftçi" üçün necə dəyərləndirərdiz?

- Mən "Neftçi"yə gələndə komanda 4 tur ərzində 1 xal toplayıb, cəmi 1 qol vurmuşdu. Düşünürdüm ki, mövsümün ilk yarısında ən azı 16, maksimum isə 20-22 xal toplayarıq. Əlbəttə ki, ümumi götürsək, bu "Neftçi" üçün arzuolunan mövqe deyil.  Hər halda daha yaxşı ola bilərdi. Sadəcə ilk turda itirilən xallar bu gün öz mənfi təsirini göstərir. Çalışacayıq ki, qış fasiləsindən sonra komandada bir qədər də dəyişiklik edək. Bununla belə gəlişimizdən sonra müəyyən qədər, müsbət dəyişikliklər baş verdi. İstəyimiz ondan ibarətdi ki, "Neftçi" hücum futbolu oynasın. Biz gələndə komandanın hücum futbolu ürəyağrıdıcı idi. Ancaq arxa xətdə problemlər hələ də var olaraq qalır. Ümid edirik ki, 2018-ci ildə daha yaxşı "Neftçi" görəcəyik. Komandaya yeni müdafiəçilər cəlb etmək niyyətindəyik. 

- Sizin "Neftçi"yə gəlişinizdən sonra komandaya Rəşad Sadiqov, Emin Mahmudov kimi tanınan, üzdə olan futbolçular qoşuldu. Yayılan xəbərlərə görə, "Qarabağ"da əsas heyətə düşməkdə çətinlik çəkən Rahid Əmirquliyev də artıq sizin transfer siyahınızda yer alıb...

- Mən əvvəl də "Neftçi" də işləyəndə, AZAL-da çalışarkən də, hər zaman yerli futbolçulara üstünlük vermişəm. Rahid Əmirquliyev də Azərbaycanın ən istedadlı futbolçularından biridi. Hər məşqçi istəyər ki, Rahid kimi futbolçu ilə çalışsın. Açığı deyim, məndə elə bir məlumat yoxdu ki, Rahid "Qarabağ"dan ayrılacaq. Sadəcə öz addımımızı atarıq. Məşqçilər korpusu ilə Rahid məsələsini məsləhətləşəcəyik. Bu məsələni qaldırmağa çalışacağıq. Rahidin klubu ilə müaviləsi varsa, çox çətin olacaq. Bunlar uzun prossesdi. Tək Tərlan Əhmədovun istəyi ilə iş bitməz. 

- Müsahibənin əvvəlində arxa xətdə müəyyən problemlərin hələ də qaldığını bildirdiniz. Belə başa düşmək olarmı ki, müdafiədə "təmizləmə" prossesinə keçəcəksiniz?

- İndi desəm ki, köklü dəyişikliklər olacaq, doğru çıxmaz. Çünki qış fasiləsində istədiyiniz futbolçuları ala bilmirsiniz. Çünki əksəriyyətinin müqaviləsi olur. Ona görə, böyük dəyişiklik deməzdim. Ən yaxşı transfer vaxtı yaydı. Hələ ki, gənc perspektivli müdafiəçilərin axtarışındayıq. Öz klubumuzun aşağı yaş qruplarından, əvəzedici heyətdən yaxşı oyunçular olsun, istəyirik. Ancaq yaxşı lelgioner tapsaq, onu da heyətimizə qatarıq. Bundan başqa, əlavə edim ki, digər klublarda çıxış edən yerli oyunçularla da maraqlanırıq. Az əvvəl sizin vurğuladığınız kimi Rahid Əmirquliyev olsun. Lakin onun müqaviləsi var, uzun prosses ola bilər. Açıq deyim, Pavel Dreksa və Mujek Mateo ehtiyatda oturursa və müdafiə xəttinin problemlərini həll edə bilmirsə, demək müəyyən dəyişiklik lazım gələcək. Bununla belə, Məhəmməd Mirzəbəyovun, Anton Krivotsyukun, Ruslan Abışovun oyunları ürəyimi açır. Bir də görürsən, hansısa zədə alır, yaxud, cəzaya görə meydana çıxa bilmir. Onları əvəzləyə biləcək futbolçu istəyirəm. Əsas müdafiəçilərimiz yoxluğunda məcburən Rəşad Sadiqovu arxadan oynadıram. Bu da istədiyimiz kimi alınmır. 

- Nizami Hacıyevlə müqavilə bağlamalı idiniz. Ancaq artıq o futbolla vidalaşıb. Nə etməyi düşünürsüz?
- Bəli, planlar dəyişdi. Belə düşünürdük ki, kubok oyunlarından sonra Nizami Hacıevlə müqavilə bağlayaq. İndi Azərbaycanda Nizaminin yerində oynayan, ümumiyyətlə yaımmüdafiənin cinahında çıxış edən oyunçuların əksəriyyətinin öz klubları ilə sözləşməsi var. Əgər diqqətlə baxsaq görərik ki, çempionatımızda bu funksiyanı yerinə yetirən çox futbolçu legionerdi. Çox güman ki, Nizami Hacıyevin yerinə götürə biləcəyimiz futbtolçu da legioner olsun. (idmanxeber.com)


Paylaş: