ÖZƏL! Kərim Diniyevin yeni klubunun adı Sportlife.az-da!

ÖZƏL! Kərim Diniyevin yeni klubunun adı Sportlife.az-da!

  • 3 Yanvar 2018, 14:53

Kərim Diniyevin "Kəpəz"dən ayrıldığı haqda məlumat vermişdik.
 
Sportlife.az-ın əldə etdiyi özəl xəbərə görə, 24 yaşlı yarımmüdafiəçi "Səbail" klubu ilə danışıqlar aparır. Futbolçunun paytaxt təmsilçisinə keçmə ehtimalı yüksəkdir.
 
Son anda danışıqlarda hansısa problem çıxmasa, Kərim "Səbail"lə rəsmi müqaviləyə imza atacaq. 
 
Məlumatı verən mənbə onu da bildirir ki, "Səbail" Diniyevlə qış fasiləsindən öncə də maraqlanıb, lakin "Kəpəz"lə 6 aylıq müqaviləsi qaldığına görə danışıqları yaya qədər təxirə salıb. 

Paylaş: