14 Noyabr 2017, 17:43
1017
Pedro Enrikyelə bağlı qərar: Qarabağda qalır, yoxsa gedir?

PAOK-un idman direktoru Lyuboş Mixel Pedro Enrike ilə bağlı yayılan məlumatlara cavab verib.

Sportlife.az xəbər verir ki, sport24.az-a danışan Saloniki təmsilçisinin rəsmisi onun qışda komandaya qaytarılacağı ilə bağlı söz-söhbətlərin yalan olduğunu bildirib. 

Mixelin sözlərinə görə, bu yazılanlar sadəcə, şaiyədir: “Bu yazılanlar sadəcə, şaiyədir. Yunanıstan mətbuatına inanmayın. Pedronun qışda qayıtması müzakirə olunmur”.

Pedro Enrike müqavilə ilə PAOK-a məxsusdu. O, icarə əsasında növbəti ilin iyun ayına qədər “Qarabağ”da çıxış edəcək.

BÜTÜN XƏBƏRLƏR
ARXİV