Qara Qarayev xaricdən aldığı təklifdən danışdı: ... Alınmasaydı, necə olacaqdı?!

Qara Qarayev xaricdən aldığı təklifdən danışdı: ... Alınmasaydı, necə olacaqdı?!

  • 19 Fevral 2018, 20:00

Sportlife.az xəbər verir ki, dünən "Səbail"lə oyundan sonra (1:0) jurnalistlərin suallarını cavablandıran "Qarabağ"ın futbolçusu Qara Qarayev xaricdən aldığı təklifi qəbul etməməsinin səbəbini açıqlayıb:
 
 
"Bəzi təkliflər olmuşdu. Qərar verməzdən əvvəl birinci milli komandanı, ölkəni fikirləşirəm.
 
Gələn təklif futbolumuz adına yaxşı deyildi. "Qarabağ" onsuz da mənim üçün hazırda ideal yerdir. Bu komanda ilə hər il avrokubokların qrupunda oynayıram. Düşündüm ki, bu təklifə baxanda, elə "Qarabağ"da qalsam, yaxşıdı. Amma yaxşı təkliflər olsa, dəyərləndirmək istəyirəm. Bilmirəm, çempionatda komanda sayının azlığındandı, ya nədəndi, təkliflər çox azdı".
 
Qara "Həmin təklifi tramplin kimi istifadə edib, daha yaxşı komandaya keçmək olmazdı" sualına belə cavab verib:
 
"Ola bilərdi. Əgər 3-4 il bundan əvvəl o təklifi alsaydım, getmək olardı. Bu yaşımda tramplin məsələsi mənim üçün bir az çətindi. Gedib 2 il oynayandan sonra artıq gənc futbolçu sayılmayacam. Allah eləməsin, alınmasaydı, necə olacaqdı?! Buna heç kim zəmanət verə bilməz. "Qarabağ"da isə ən azı sabit oynaya bilirəm".

Paylaş: