Qarabag logosunda ve adında deyisiklik etdi, klubun resmi saytinda bu barede melumat verilib.

Qarabağ logosunda və adında dəyişiklik etdi

  • 12 İyun 2017, 19:07

"Qarabağ" klubunun rəsmi saytında klubun logosunun dəyişdirilməsi ilə bağlı məlumat yayılıb. Sportlife.az məlumatı olduğu kimi təqdim edir:

“Qarabağ” Futbol Klubu (FK) ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı beşə çatdırıb.

Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu praktikadan yararlanaraq loqomuz üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib.

Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK”-yla əvəzlənməsidi  Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib".


Paylaş: